Toxumluq kartof

Almaniya və Hollandiyadan gətirdiyimiz toxumluq kartof sortlarından Azərbaycanın müxtəlif regionalarının iqlim şəraiti və torpaq strukturuna uyğun olaraq yüksək keyfiyyətli toxumluq kartof yetişdiririk. Bizim toxumluq kartoflar yüksək məhsuldarlığı,əla dad xüsusiyyəti,aktiv çiçəklənməsi və kök bitkilərinin harmonik yetişməsi ilə seçilir. Xəstəliklərə və təhlükəli zərərvericilərə yaxşı müqaviməti ilə seçilən toxumluq kartoflarımızın məhsuldarlığı hər hektara orta hesabla 45-50 ton təşkil edir.