Cəlil Əlisultanov
Cəlil Əlisultanov 1 sentyabr, 1986-cı ildə Qusar rayonunda anadan olub. 2008-2012-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrokimya və Aqrotorpaqşünaslıq ixtisasını bakalavr dərəcəsi ilə, 2018-2020-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin Bitkilərin xəstəlik və zərərvericilərdən mühafizəsi ixtisasını isə magistr dərəcəsi ilə bitirib. 2020-ci ilin avqust ayından şirkətimizdə Aqronom kimi fəaliyyət göstərir.
Bir aqronom kimi daha yaxşı məhsullar yetişdirməklə ərzaq təhlükəsizliyində, şirkətin yüksəlişində və Azərbaycan iqtisadiyyatında önəmli rol oynamaq Cəlilə böyük ilham verir.
